Ay tutulmasından təsirlənəcək bürclər – Astroloq AÇIQLADI

Maraqlı

14.03.2025 16:28

2853

“Martın 14-də Qız bürcündə 23 dərəcə Ay tutulması gerçəkləşir. Ay tutulmaları taleyüklü hadisələrdir. Təsirləri 6 ay öncədən başlayır və 6 ay boyunca, yəni növbəti tutulmaya qədər davam edir”.

Astroloq Sabira Cəfər bunu TodayPress-ə danışarkən deyib.

O bildirib ki, Ay tutulmaları əsasən tamamlanmalarla əlaqədardır:

“Bu tutulmalar həyatımızda bir neçə qat təsirli dolu (tam) ay kimidir və bir işdən nəticə almaq, həyatımızdan çıxara bilmədiyimiz şeyləri çıxarmaq və yaxud da qərar verməkdə çətinlik çəkdiyimiz mövzularda mövqeyimizi gücləndirən göyüzü hadisəsidir. Tutulmalar olmasa, həyatımızın fərqli sahələrinə işıq düşməz, enerji toplanmaz, yüklü enerji açığa çıxa bilməz. Bu səbəbdən tutulmalar önəmlidir. Hər il ən az 4, bəzən isə 6 tutulma ola bilir. Həmçinin tutulma mövsümlərində əsasən taleyüklü hadisələr müşahidə edilir”.

Bəs Ay tutulmasından hansı bürclər təsirlənəcək?

Astroloq diqqətə çatdırıb ki, tutulmadan ən çox Qız, Balıq, Oxatan və Əkizlər bürcü təsirlənəcək:

“Tutulmadan sonra bu 4 bürc mənsublarının həyatında qlobal dəyişimlər, önəmli hadisələr yaşana bilər. Xərçəng, Oğlaq, Buğa və Əqrəb bürcləri üçün isə yoxlama tutulmasıdır. Çünki bundan öncəki mərhələlərdə bu bürclərdə tutulmalar olub. Tutulma bu bürc mənsublarını “Həyatlarında nə isə dəyişdirməyi bacarıblarmı və ya hələ də içindən çıxa bilmədikləri hadisələr varmı?” deyə yoxlayacaq”. 

Qeyd edək ki, martın 14-də başlayan tutulma ilin ilk və tam Ay tutulmasıdır.

Qiymət Mahir

tag: Astrologiya,Ay tutulması,Sabira Cəfər,Astroloq,Bürclər,todaypress.az,

photo