Ay Dünyadan uzaqlaşır- Zamana təsir göstərə bilər
Maraqlı
10.06.2024 22:31
Elm adamları Ay ilə Dünya arasındakı məsafənin zamanla dəyişdiyini və bu vəziyyətin planetimizlə olan əlaqəsinə təsir göstərdiyin kəşf edib.
TodayPress xəbər verir ki, alimlərə görə, təxminən 1,4 milyard il əvvəl Dünyanın öz oxu ətrafında fırlanması 18 saat davam edirdi. Bu Ayın Dünyaya olan uzaqlığının o dövrlərdə daha yaxın olduğu və Ayın cazibə qüvvəsinin fırlanma sürətini artırdığı mənasına gəlir. Bu səbəblə də günlər daha qısa idi və Dünya daha sürətlə fırlanırdı. Araşdırmanın ortaq yazarı
Viskosin-Medison Universitetinin professoru Stiven Meyersin rəhbərliyi ilə bir qrup tədqiqatçı Dünyanın keçmişinə geri qayıdıb günəş sisteminin əvvəllər necə göründüyünü yenidən canlandırmağa çalışıblar.
90 milyon il əvvələ aid bir qaya formasiyasının çöküntülərinin araşdırılması nəticəsində Ayın ildə orta hesabla 3,82 santimetr uzaqlaşdığı kəşf edilib.
Müşahidələrin sonunda 200 milyon il sonra Dünyada günlərin 25 saat olacağını təxmin etdiklərini açıqlayan alimlər, Ayın 4,5 milyard yaşında olduğunu və buna görə də rəqəmlərdə bəzi xəta ola biləcəyini unutmamaq lazım olduğunu da vurğulayıblar.
GÜNEL
tag: Ay, Planet, Dünya, Tədqiqatçı qrupu, todaypress.az,