Avstraliyada iki yeni hörümçək növü aşkarlandı
Qərbi Avstraliya Universitetinin alimləri Kimberli regionunda aparılan araşdırmalar zamanı iki yeni tələquran hörümçək növü – “Kvonkan fluktellus” və “Kvonkan nemoralis” aşkar ediblər. Bu, Kvonkan cinsinə aid hörümçəklərin ölkənin şimalında ilk qeydə alınmasıdır.
TodayPess xəbər verir ki, tədqiqatın nəticələri “Australian Journal of Taxonomy” jurnalında dərc olunub.
Alimlər bu kəşfi 2022-ci ildə keçirilən “Bush Blitz” ekspedisiyası zamanı ediblər.
Mütəxəssisləri təəccübləndirən məqam bu hörümçəklərin quraq savannalarda deyil, dərələrdə yerləşən nəm meşə sahələrində yaşaması olub.
Xüsusilə “Kwonkan nemoralis” növü qeyri-adi yuva quruluşu ilə seçilir.
Bu hörümçəklər yuvalarının girişində ipəkdən hazırlanmış və qum dənəcikləri ilə örtülmüş xüsusi “yaxalıq” düzəldirlər.
Təhlükə anında bu yaxalıq dağılır və girişi tamamilə görünməz edir.
Alimlər bunun yırtıcılardan qorunmaq və ya ov strategiyası ola biləcəyini düşünür. Digər ehtimallardan biri də bu quruluşun qəfil daşqınlara qarşı müdafiə vasitəsi olmasıdır.
Qiymət Mahir
tag: Avstraliya,Yeni,Hörümçək,Kəşf,Todaypress.az,