Avropada bitkilər sürətlə məhv olur

Maraqlı

13.10.2024 12:30

Portuqaliya, Danimarka və Böyük Britaniyadan olan beynəlxalq alimlər qrupu heyvanlar, quşlar, sürünənlər və böcəklər kimi toxum səpələyicilərinin azalması səbəbindən Avropadakı bitki növlərinin təxminən üçdə birinin məhv riski altında olduğunu müəyyən edib.

TodayPress xəbər verir ki, bu barədə "Science" elmi jurnalı məlumat yayıb.

Belə ki, bir çox bitki çeşidinin genişlənməsi üçün toxumlarını uzaq yerlərə daşımaq işində heyvanlara güvənilir.

Mütəxəssislərin qənaətləri 592 bitki növünün ümumavropa toxum paylama şəbəkəsinin təhlilinə əsaslanır.

Alimlər belə nəticəyə gəliblər ki, bu tendensiyaya görə Avropadakı bitkilərin təxminən üçdə biri yox olma riski ilə üzləşəcək. Tədqiqatçılar qeyd ediblər ki, növbəti addım Avropa ekosistemlərindəki dəyişiklikləri öyrənmək olacaq.

tag: Bitki,Heyvan,Portuqaliya,Danimarka,Böyük Britaniya,todaypress.az,