Avropa haqqında bilmədiyiniz 10 maraqlı fakt

Maraqlı

21.06.2024 09:10

Avropa möhtəşəm memarlığı, mədəni irsi və mənzərələri ilə diqqət çəkən bir qitədir. Ancaq bu məşhur qitə haqqında bilmədiyimiz bir çox maraqlı faktlar və detallar var.

TodayPress Norveçdəki cəngavər pinqvinindən tutmuş 58 hərfdən ibarət şəhərə qədər Avropa haqqında 10 maraqlı faktı təqdim edir:

1. NOTRE DAME ƏN ÇOX ZİYARƏT EDİLƏN YERDİR

Sizcə, Avropanın ən çox ziyarət edilən turizm məkanı hansıdır? Kolizey? Eyfel qülləsi? Disneyland Paris? Bunların hamısı yaxın təxminlərdir, lakin ən çox ziyarət edilən yer Parisdəki Notre Dame Katedralıdır. Bura il ərzində təxminən 14 milyon ziyarətçi gəlir.

2. İSLANDİYADA AĞCAQANAD YOXDUR

Dünyada 3 mindən çox ağcaqanad növü olsa da, İslandiyada bir növ belə ağacaqanad yoxdur. Soyuq temperatur və ağcaqanadların sevdiyi dayaz gölməçələr olmadığı üçün İslandiyada ağcaqanad olmur.

3. ƏN ÇOX QALALAR ÇEX RESPUBLİKASINDADIR

Çexiya Avropada ən çox qalaya malik olan ölkədir. Ölkədə cəmi 932 qala və 1187 möhtəşəm malikanə var.  Hər gün bir qalanı ziyarət etmək istəsəniz belə hamısını görmək üçün 2 il yarım vaxt lazım olacaq.

4. NORVEÇDƏ POLKOVNİK RÜTBƏSİ VERİLƏN PİNQİVİN

Şotlandiyanın Edinburq zooparkında briqadir ser Nils Olav III adlı pinqvin yaşayır. Bu pinqvin həm də Norveç Kralı Qvardiyasının talismanı və baş polkovnikidir. Kral qvardiyasında 3 cü polkovnik pinqivindir.  İlk polkovnik pinqivin Olav 1972-1987-ci illər arasında xidmət edib.

5. UELSDƏ ADINDA 58 HƏRF OLAN BİR ŞƏHƏR VAR

Llanfairpwll-gwyngyllgogerychwyrndrob-wllllantysiliogogogoch. Kimsə klaviaturasında düymələrin basılı qaldığını düşünə bilər. Lakin bu, Uelsdə bir şəhər adıdır. Şəhərin adında nə az , nə çox düz 58 hərf var və Avropada ən uzun şəhər adı kimi tarixə düşüb. Şəhərin qısaldılmış adı Llanfairpwll və ya Llanfair PG olaraq adlandırılır.

Danimarkada körpəyə ad vermək üçün qeyri-adi qanunlar var.  Valideynlər uşağına Benji və ya Molli kimi əvvəlcədən təsdiqlənmiş 7000 addan birini qoymalıdırlar. Bu qanunlara əsasən, övladınıza unikal ad vermək istəyirsinizsə, hökumətdən icazə almalısınız. Bundan əlavə, Pluton və meymun kimi bəzi qadağan olunmuş adlar var.

7. LA SAQRADA FAMİLİA PİRAMİDALARDAN UZUN OLDU

Antoni Gaudinin Barselonadakı füsunkar “La Sagrada Familia” binası çox detallı bir quruluşa malikdir. Misirin qədim piramidaları e.ə. 2589-2504-cü illər arasında 85 ildə tikildiyi halda, “La Sagrada Familia”nın tikintisi 138 ildir ki, davam edir.

Məşhur bazilikanın tikintisinə ilk dəfə 1882-ci ildə başlanılıb və Gaudi qeyri-adi işinin tamamlanmasını görməsə də, Barselona onu Gaudinin ölümünün 100-cü ildönümünü qeyd etmək üçün 2026-cı ilə qədər tamamlamağı hədəfləyir.

8. BRITANIYA MUZEY KOLLEKSİYASININ YALNIZ 1 FAİZİ SƏRGİDƏDİR

Londondakı Britaniya Muzeyi hər il təxminən 6 milyon ziyarətçi ilə dünyanın ən çox ziyarət edilən muzeylərindən biridir. Ancaq 8 milyon sənət əsəri və antikvardan ibarət təsirli kolleksiyanın yalnız 1 faizi insanlar tərəfindən görülür. Sərgidə yalnız 800 minə yaxın sənət əsəri üçün yer var, ona görə də onların hamısını nümayiş etdirmək mümkün deyil.

9. DANİMARKA KRALLIĞI AVROPADA ƏN QƏDİM MONARXİYADIR

935-ci ildə Vikinq kralları Gorm the Elder və Harald Bluetooth tərəfindən qurulan Danimarka monarxiyası min ildən artıqdır ki, Danimarkada hökmranlıq edir. Köhnə Qormdan indiki Kraliça II Elizabetə qədər.  Bu kral ailəsi bütün Avropanın ən qədim ailəsi hesab olunurdu.

Avropada monarxiyalarla bağlı başqa bir fakt ondan ibarətdir ki, hələ də kral ailələrinə malik 10 Avropa ölkəsi (İngiltərə, İspaniya, İsveç, Norveç, Hollandiya, Belçika, Monako, Lüksemburq, Lixtenşteyn, Andorra və Danimarka) mövcuddur.

10. BOLQARISTAN ADINA GÖRƏ AVROPADA ƏN QƏDİM ÖLKƏDİR

Avropa haqqında başqa bir maraqlı fakt odur ki, Bolqarıstan adı ilə ən qədim Avropa ölkəsidir. Avropada onlarla ölkə bu illər ərzində öz adlarını dəyişdirsə də, Bolqarıstan eramızın 681-ci ildə bu adı qəbul etdikdən sonra eyni adı istifadə etməyə davam edir .

 

 GÜNEL

Mənbə: Trafalgar, Britannica

tag: Danimarka, Bolqarıstan, Avropa,Pinqivin, Polkovnik, todaypress.az,