Arıqlamaq üçün vacib olan qidaların adları açıqlandı

Maraqlı

03.09.2024 16:41

Arıqlamağa kömək edən, metabolizmanı sürətləndirən ən yaxşı 5 qidanın adı açıqlanıb. 

TodayPress xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb. 

Arıqlamaq üçün ilk olaraq fermentləşdirilmiş qidalar tövsiyə edilir. Turşu, duzlu kələm, kvas və kefir bağırsağın fəaliyyətini dəstəkləyən və maddələr mübadiləsinin pozulmasını aradan qaldıran faydalı bakteriyalarla zəngindir. 

Siyahıda ikinci yerdə tərəvəz, meyvə, taxıl və tərkibində lif olan qidalar durur. Belə ki, bitki qidaları maddələr mübadiləsini yaxşılaşdırır. 

Bundan başqa, pəhriz zamanı balıq, kürü kimi omeqa3-lə zəngin qidalardan istifadə etmək olduqca faydalıdır. Bu məhsullar beyni inkişaf etdirir, dərinin və qan damarlarının vəziyyətini yaxşılaşdırır, həmçinin sabit çəki saxlamağa kömək edir. 

Habelə yosundan istifadə etmək də sağlam qidalanmanı dəstəkləyir. Tərkibindəki yod sayəsində yosunlar qalxanabənzər vəzini stimullaşdırır və sağlam maddələr mübadiləsini dəstəkləyir.

Nəhayət, bildirilib ki, arıqlamaq üçün heyvan zülalları pəhrizin vacib hissəsidir. Əgər bir insanda zülal çatışmazlığı varsa, maddələr mübadiləsini normallaşdırmaq, əzələləri gücləndirmək və dərinin vəziyyətini yaxşılaşdırmaq mümkün deyil.

Töhfə Səməd

tag: Arıqlamaq, Sağlamlıq, Heyvan Zülalları, Maddələr, Əzələ, todaypress.az,