Arıqlamağa kömək edən YEGANƏ MƏHSUL
Maraqlı
22.10.2024 12:00
Arıqlamağın bir sıra yolları var.
TodayPress xəbər verir ki, mütəxəssislər pəhriz saxlayarkən sağlamlığımızı unutmamağı məsləhət görürlər. Onların fikrincə kilo vermək üçün 50:50 deyilən qaydaya əməl etmək lazımdır. Başqa sözlə desək, zülal, tərəvəz, meyvə, taxıl və paxlalıların miqdarını artırsanız, eyni zamanda karbohidratların miqdarını azaldsanız, sağlamlığınıza zərər vermədən tez və effektiv şəkildə arıqlaya bilərsiniz.
Bundan başqa səhərlər yumurta yemək arıqlamaq üçün etibarlı köməkçidir. Xüsusilə omlet hazırlayarkən, sarıkök, çili bibəri və doğranmış sarımsaqdan istifadə tövsiyyə olunur.
Maraq üçün onu da bildirək ki, yumurta zülalla çox zəngindir və tərkibində çoxlu vitaminlər var. Qeyd olunan ədviyyatlarla hazırlayıb nuş etsəniz, xolesterol səviyyəsi artmaz.
Nərmin Tuncay
tag: Arıqlamaq, İnsanlar, Sağlamlıq, Zülal,Mütəxəssislər, todaypress.az,