Araşdırma: Gələcəkdə Yer kürəsini iqlim ilə bağlı daha acınacaqlı vəziyyət gözləyir
Maraqlı
17.07.2024 05:00
Aparılan yeni araşdırmalara
görə, planetin istiləşmə prosesinin 1.5 dərəcə Selsi səviyyəsində
saxlanması cəhdi uğursuzluqla yekunlaşıb.
TodayPress xəbər verir ki, bununla
da, yüzilliyin sonuna kimi planetin 1.5 dərəcə Selsidən 2.5 dəfə daha çox
qızacağı gözlənilir. Alimlər güman edirlər ki, gələcəkdə bizləri iqlim ilə
bağlı daha acınacaqlı vəziyyət gözləyir. Görünür, gələcəkdə baş tutacaq hər
bir "El-Ninyo" (Sakit okeanın ekvatorial hissəsində su səthinin
temperaturunun dəyişməsinə təkan verərək iqlimə təsir göstərən hadisə) hadisəsi
daha ekstremal hal alacaq. BMT-nin hesabatına əsasən gələcəkdə daha
ekstremal "El-Ninyo" hadisələri planet üçün yeni normaya çevriləcək.
Güman
olunur ki, həmin zamanlarda Cənubi Avstraliyanın qərb sahilləri güclü yağışlara
məruz qalacaq. Nəticədə regionda daşqınlar və sürüşmələr baş verəcək. Eyni
zamanda İndoneziya və Avstraliya da daxil olmaqla Sakit okeanın qərb hissələri
çox güman ki, quraqlıqdan zərər çəkəcəklər. Tədqiqatçılar bildiriblər ki,
günümüzdə dünya bu yüzilliyin sonunadək qlobal temperatur göstəricisininin 2.9
dərəcə Selsi yüksəlməsi yolunda irəliləyir. Bununla belə bu cür temperatur
göstəricisi yalnız hal-hazırki parnik qazları ifrazı tempinin qorunub
saxlanması halı üçün nəzərdə tutulub.
Alimlər tərəfindən istifadə edilən mövcud iqlim modeli 100 il ərzində 8-9 ekstremal "El-Ninyo" hadisəsini proqnozlaşdırır. Planetin qlobal temperaturunun 3.7 dərəcə Selsi yüksəlməsi halında isə "El-Ninyo" sayı hər 100 il üçün 26-ya yüksələ bilər.
tag: todaypress.az, Araşdırma, El-Ninyo, Yer kürəsi, İqlim,