"Apple" yeni ucuz qulaqcıqlar buraxacaq

Maraqlı

19.08.2024 21:57

“Apple” şirkəti “iPhone 16”-nın təqdimatında iki yeni simsiz qulaqlıq modelini buraxmağı planlaşdırır.

 

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.


Agentliyin nümayəndəsi Mark Qurmanın sözlərinə görə, şirkət sentyabrda yeni nəsil qulaqlıq olan “AirPods 4” təqdim edəcək.

 

Bildirilirb ki, “Apple” 2019 və 2021-ci illərdə çıxan iki əvvəlki qulaqlıq modelini  müvafiq olaraq AirPods 2 və AirPods 3-ü əvəz edəcək.

 

Hələlik yeni cihazların qiyməti açıqlanmır. Apple hazırda ən sadə "AirPods" 2 qulaqlıqlarını 90 dollara satır.

 

Aytac Müşfiq

tag: Apple, IPhone, AirPods,Mark Qurman,todaypress.az,