Antarktidakı buzlaqlar sürətlə əriməyə başladı

Maraqlı

21.12.2024 17:45

Mütəxəssislərin fikrincə, qlobal istiləşməyə səbəb olan istixana qazlarının atmosferə buraxılması hazırkı səviyyədə qalsa, 2100-cü ilə qədər Antarktidada buz örtüyünün 1/4 hissəsi əriyəcək. 

TodayPress xəbər verir ki, bu qənaətə Yaponiyanın Okean və Quru Elmləri və Texnologiyaları üzrə Dövlət Agentliyinin (JAMSTEC) mütəxəssisləri gəlib.

Onların hesabat qeydlərinə görə, Antarktidanın buz örtüyünün sahəsi, hazırda təxminən 12 milyon kvadrat metrdir. 2016-cı ildən bəri azalma sürətlə davam edir. Alimlər bunun iqlimin istiləşməsi ilə bağlı olduğunu güman edir.

JAMSTEC mütəxəssisləri kompüterlərdə atmosferdə karbon qazı və metan konsentrasiyasının təsiri altında Antarktidada buz vəziyyətinin dəyişdirilməsi üçün müxtəlif variantları hesablayıblar. Cari emissiyalar davam edərsə, bu ssenariyə görə, 2100-cü ilə qədər atmosferdə karbon qazının miqdarı indiki səviyyə ilə müqayisədə 1.5 dəfə artacaq. Bu da indiki buz sahəsinin dörddə birinin azalması ilə nəticələnəcək.

JAMSTEC ekspertləri bildirirlər ki, eyni zamanda, 2040-cı ildən gec olmayaraq atmosferə istixana qazı emissiyalarının məhdudlaşdırılması üçün effektiv tədbirlər görülərsə, buz örtüyünün azalması tədricən dayandırıla bilər.

Töhfə Səməd

tag: Antarktida, Emissiya, Ərimə, Karbon, Metan, todaypress.az,