Antarktidada dənizin dərinliklərində inkişaf edən ekosistem kəşf olundu
Alimlər Antarktidada
böyük bir aysberq qopduqdan sonra ilk dəfə üzə çıxan, dəniz dibində qəribə
canlılardan ibarət inkişaf edən yeni ekosistem kəşf ediblər.
TodayPress “The Independent”ə istinadla xəbər verir ki,
alimlərə görə, bu ekosistem bir neçə əsrlik ola bilər. Schmidt Okean
İnstitutunun tədqiqatçıları bildiriblər ki, indiyədək insanlar tərəfindən kəşf
edilməmiş bu ərazidə nəhəng mərcanlar və süngərlər yaşayır, onlar isə dəniz
hörümçəkləri, ahtapotlar və buz balıqları da daxil olmaqla müxtəlif canlılara
həyat məkanı yaradır.
Tədqiqat zamanı
alimlər dəniz səthindən 1300 metr dərinlikdə aparılan bu müşahidələrin,
Antarktida buz örtüyünün altındakı ekosistemlərin fəaliyyətini anlamağa yeni
imkanlar yaratdığını vurğulayıblar.
Hazırda Antarktidanın
üzən buz qalxanlarının altında yaşayan canlılar haqqında olduqca az məlumat
mövcuddur. Lakin 2021-ci ildə aparılan bir Britaniya araşdırması “Filchner-Ronne”
buzlaq qalxanının altında dəniz dibində yaşayan canlılara dair ilk əlamətləri
ortaya qoymuşdu.
tag: Kəşf, Antarktida, Aysberq, Ekosistem, todaypress.az,