Analıq qadınlarda beyni inkişaf etdirir

Maraqlı

27.08.2024 12:20

Alimlər müəyyən ediblər ki, hamilə qalmaq və ana olmaq qadında müsbət dəyişikliklərə səbəb olur, o cümlədən beynin qorunmasının artmasına kömək edir. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, övladı olmayan və artıq ana olmuş qadınların beyinlərində ciddi struktur fərqləri var.

Belə ki, ana olmuş qadınlarda beynin boz maddəsinin sıxlığı bir neçə sahədə daha yüksəkdir. 

Alimlər qeyd edirlər ki, valideyn olmaq insan beyninin boz maddəsini mümkün qədər uzun müddət saxlamağa kömək edir.

Həmçinin mütəxəssislər hesab edirlər ki, analıq qadının beynində doğuşdan sonra uzun müddət davam edən genişmiqyaslı yenilənməyə prosesinə səbəb olur. 

Günəş Mərd

tag: Analıq, Qadınlar, Alimlər, İnsan beyni, Mütəxəssislər, todaypress.az,