Amerika tarakanı Dövlət Dumasına daxil oldu

Maraqlı

30.07.2024 17:10

Rusiya Dövlət Dumasının binasında tarakan tapılıb.

TodayPress xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, həşərat ilk olaraq binanın dəhlizlərində görünüb. O, foyedə sürünərək kiçik zala daxil olub.

Zooloqların fikrincə, aşkar edilən tarakan “periplaneta americana” (amerikan tarakanı) cinsinə aiddir. Bu, ən böyük həşərat növlərindən biridir. İnsanlardan qorxmayan bu böcəyin bədəninin uzunluğu 5 santimetrə, bığları isə 4 santimetrə qədər ola bilir. 

Tarakanın münasibətlərin bu dərəcə gərgin olduğu bir vaxtda Dumanın binasında peyda olması olduqca maraq doğurub.

Töhfə Səməd

tag: Rusiya,Periplaneta Americana,Duma, Həşərat, todaypress.az,