Amazonda sirli zirvə: Alimlər nəhəng qədim piramidanın izlərini araşdırır

Maraqlı

12.05.2025 12:00

32

Perunun Amazon tropik meşələrinin düzənliyində yerləşən və ətraf mühitdən kəskin şəkildə seçilən Cerro El Cono zirvəsi qədim memarlıq barədə təsəvvürləri dəyişə biləcək yeni mübahisələrə yol açıb.

TodayPress xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Bəzi alimlər bu təpənin təbii mənşəli deyil, unudulmuş bir sivilizasiya tərəfindən inşa edilmiş nəhəng piramidanın qalıqları ola biləcəyini istisna etmirlər.

Cerro El Cono zirvəsinin hündürlüyü təxminən 400 metrə çatır ki, bu da Misirdəki məşhur Xufu (Xeops) piramidasından üç dəfə yüksəkdir. Peru sərhədləri daxilində yerləşən Syerra-del-Divisor milli parkında yer alan bu relyef forması öz kəskin konusvari forması və düz səthləri ilə digər təbii yüksəkliklərdən seçilir.

Rəsmi elmi dairələr bu relyef formasının vulkan mənşəli - konusvari dağ, maqmatik fiş və ya intruziya ola biləcəyini ehtimal etsə də, yerli qəbilələr Cerro El Cononu “And Apusu” (dağ ruhu) adlandıraraq onu müqəddəs sayırlar. Bu inamın kökləri isə İnka dövründən əvvəllərə qədər gedib çıxır.

Əfsanələrə görə, bu zirvənin altında qədim və naməlum bir xalq tərəfindən tikilmiş nəhəng piramidanın qalıqları gizlənir. Əgər bu fərziyyə təsdiqini tapsa, Cerro El Cono dünya üzərində bilinən ən yüksək qədim memarlıq nümunəsi ola bilər.

Hələlik bu strukturun süni şəkildə yaradıldığını sübut edən elmi faktlar yoxdur. Lakin tədqiqata olan maraq artmaqda davam edir.

Töhfə Səməd


tag: Peru,Amazon ,Cerro El Cono,Zirvə,Dağ,Xeops,todaypress.az,