Alimlər yaradılışın bibliya versiyasını təsdiqlədilər
Alimlər dünyanın yaradılmasının bibliya versiyasını təsdiqləyiblər.
TodayPress xəbər verir ki, tədqiqat ABŞ-nin Nyu-York şəhərində yerləşən Kornel Universitetinin saytında dərc olunub.
Mütəxəssislər bildirirlər ki, Yer planeti və bütövlükdə Kainat məhz İncildə yazıldığı kimi yaranıb. Alimlər bunu riyazi dildən istifadə edərək sübut etdiklərini iddia edirlər. Riyaziyyatçı Andrey Markov tərəfindən hazırlanmış mexanizm əsasında hesablamalar aparılıb. Tədqiqatları araşdıran fiziklər bu qənaətə gəliblər ki, Kainat qədim kitabda təsvir olunduğu kimi xaosdan yaranıb.
Alimlər Əhdi-Ətiqdəki uyğunsuzluqlardan da danışıblar. Onlar qeyd ediblər ki, əgər İncildə Allah əzaları olan antropomorf varlıq kimi görünürsə, Kainat çərçivəsində onu bütün qlobal prosesləri müəyyən edən vibrasiya və enerji simbiozu kimi təsvir etmək olar.
Töhfə Səməd
tag: Alimlər,Dünya,Yaradılış,Bibliya,todaypress.az,