Alimlər: “Sosial şəbəkələrdə çox vaxt keçirmək insanı daha da tənha edir”
ABŞ-nin Baylor Universitetinin alimləri paradoksal nəticəyə gəliblər ki, insanlar nə qədər çox sosial şəbəkələrdə vaxt keçirirlərsə, özlərini bir o qədər tənha hiss edirlər. TodayPress xəbər verir ki, bu barədə “Personality and Social Psychology Bulletin (PSPB)” elmi jurnalında dərc olunan araşdırmada bildirilir.
Tədqiqatçılar 9 il ərzində Niderlandın təxminən 7 min yetkin sakininin məlumatlarını təhlil edərək rəqəmsal vərdişlərin rifaha necə təsir etdiyini araşdırıblar.
Nəticələr göstərib ki, sosial şəbəkələrdən həm passiv, yəni heç bir qarşılıqlı əlaqə olmadan paylaşımları izləmək, həm də aktiv, post paylaşmaq və ünsiyyət qurmaq istifadənin tənhalıq hissini artırdığı müşahidə olunub.
Mütəxəssislər hesab edirlər ki, onlayn ünsiyyət real sosial təmasları əvəz edə bilmir və bu, insanların sosial ehtiyaclarını tam qarşılamır.
“Sosial şəbəkələr onlayn icmalara çıxış imkanı yaradır, lakin onlardan istifadə – istər aktiv, istərsə də passiv – tənhalığı azalda bilmir, əksinə, onu daha da gücləndirə bilər” deyə tədqiqatın müəllifi professor Ceyms Roberts bildirib.
Alimlər həmçinin ikitərəfli əlaqə aşkar ediblər ki, tənha insanlar sosial şəbəkələrə daha çox müraciət edirlər, lakin bu, onların vəziyyətini daha da ağırlaşdırır.
Araşdırma psixi sağlamlıq üçün real ünsiyyətin vacibliyini vurğulayır və rəqəmsal vərdişlərin təsirinin daha dərindən öyrənilməsinin əhəmiyyətini qeyd edir.
Qiymət Mahir
tag: Sosial şəbəkə,ABŞ,Tədqiqat,Niderland,Todaypress.az,