Alimlər iqlim problemlərini həll edə biləcək yeni ağac növü tapdılar

Maraqlı

02.08.2024 09:16

Böyük Britaniya və Polşadan olan beynəlxalq alimlər qrupu  dekorativ bitki növünün strukturunu öyrənərkən yeni ağac növü kəşf ediblər. 

TodayPress xəbər verir ki, bu barədə “New Phytologist” elmi jurnalında məlumat dərc olunub.

Tədqiqatçılar maqnoliya (Liriodendron tubulipera) və Çin maqnoliyası (Liriodendron chinense) kimi tanınan qədim cinsin digər növlərə nisbətən daha böyük makrofibrillərə malik olduğunu aşkar ediblər.

Məlum olub ki, mikroskopik səviyyədə bu növün lifləri nə sərt ağaclarda, nə də iynəyarpaqlarda olmayan unikal xüsusiyyətlərə malikdir. Bildirilib ki, kəşf istixana qazı emissiyaları ilə mübarizəyə kömək edə bilər.

Töhfə Səməd

tag: Alimlər, Mikroskop, İqlim, Polşa, Böyük Britaniya, todaypress.az,