Alimlər fillərin qeyri-adi özəlliyini tapdı
Maraqlı
10.06.2024 23:18
Tədqiqatçılar Keniyada iki Afrika savanna fil sürüsünün çağırışlarını təhlil etmək üçün süni intellekt alqoritmindən istifadə ediblər.
TodayPress xəbər verir ki, aparılan araşdırmaya görə, fillər bir-birilərini icad etdikləri adlarla çağırırlar.
Tədqiqatçılar delfinlərin və tutuquşuların öz növlərindən başqalarının səsini təqlid edərək bir-birlərinə müraciət etdiklərini müşahidə etdiklərini, lakin fillərin təqlid etmədən adlardan istifadə edən ilk heyvan olduğunu bildiriblər.
Tədqiqatın aparıcı müəllifi Maykl Pardo, "Tədqiqat fillərin təkcə hər bir fərd üçün xüsusi səslərdən istifadə etdiyini deyil, həm də onlara ünvanlanan çağırışı tanıyıb reaksiya verdiyini, başqalarına deyilənlərə məhəl qoymadıqlarını göstərir" deyə qeyd edib.
GÜNEL
tag: Fil, Keniya, Delfin, Maykl Pardo, Tədqiqatçılar, todaypress.az,