Alimlər erkən kainatda nəhəng qara dəliklər tapdı

Maraqlı

12.05.2025 14:30

30

ABŞ-nin Massaçusets Texnologiya İnstitutunun alimləri kainatın yaranmasından cəmi 1 milyard il sonra mövcud olmuş və milyardlarla Günəş kütləsinə malik qara dəliklər aşkar ediblər. 

TodayPress xəbər verir ki, tədqiqat “arXiv” portalında dərc olunub.

Söhbət kvasar adlanan fövqəlaydın obyektlərdə yerləşən qara dəliklərdən gedir. Onların bu qədər qısa zamanda belə nəhəng ölçülərə çatması müasir astrofizikanın akresiya modelləri ilə izah edilə bilmir.

Ən diqqətçəkən məqam isə budur ki, bu kvasarlar cəmi bir neçə min illik aktivlik mərhələsində olublar. Alimlər bildirir ki, bu, qara dəliklərin kolossal kütlələrə hələ akresiyadan əvvəl çatdıqlarını göstərir.

Tədqiqat zamanı Çilidəki “Çox Böyük Teleskop” vasitəsilə Lyman-alfa dumanlıqları, erkən kainatın parlaq hidrogen buludları analiz olunub.

Təhlil göstərib ki, müşahidə edilən superkütləvi qara dəliklər həqiqətən də maddəni aktiv şəkildə istehlak edən ən erkən fazalardadır. 

Qiymət Mahir

tag: ABŞ,Alim,Araşdırma,Çili,Qara dəlik,todaypress.az,