Alimlər "əbədi alov"un sirrini açdı

Maraqlı

11.03.2025 11:27

817

ABŞ-dən olan alimlər Çin imperatoru Qin Şi Huanqın məzarında 2000 ildən artıqdır yanan alovun sirrini açmaq üçün 31 il ərzində 700-dən çox təcrübə aparıblar.   

TodayPress xəbər verir ki, bu barədə "Kulik" agentliyi məlumat yayıb. 

Məqbərə Çinin Sian şəhəri yaxınlığında yerləşir və “əbədi alov” ilə turistləri cəlb edir.

Rəvayətə görə, alovlar ilk yandığı gündən bu yana heç vaxt sönməyiblər.  Nəşr oxşar hadisələrin Misirdə də baş verdiyini, 2 min ildən çox müddət ərzində sönməyən Roma Pallas türbəsini nümunə göstərib.   

Şi Huanqın məqbərəsindəki "əbədi alov" iki qatlı qabdan ibarət çıraqdır: daxili hissəsi alışan maddə ilə, xarici hissəsi isə soyutma üçün su ilə doldurulub. Rəvayətə görə, imperator onun içinə "su pərisi" yağı töküb.  Alimlərin kəşf etdiyi kimi, əbədi alovun sirri onun kimyəvi tərkibindədir. Lampanın fitilində yüksək rütubət və temperaturda öz-özünə alovlana bilən ağ fosfor var. 

Töhfə Səməd

tag: Çin,Qin Şi Huanq,Məzar,Əbədi Alov,Todaypress.az,