Alimlər atom nüvələrindəki proton halolarının sirrini açdı

Maraqlı

10.12.2024 14:54

Çin Elmlər Akademiyasının Müasir Fizika İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq bir neçə ekzotik atom nüvəsinin kütləsini dəqiq ölçüblər. 

TodayPress xəbər verir ki, nəticələr “Physical Review Letters” jurnalında dərc olunub.

Qeyd olunub ki, bu məlumatlar alüminium, fosfor, kükürd və arqon üçün proton radioaktivliyinin həddini müəyyən etməyə imkan verib.

Proton halosu, valentlik protonlarının əsas nüvədən xeyli məsafədə yerləşdiyi və bir növ halo əmələ gətirdiyi atom nüvəsinin qeyri-adi quruluşudur. Əvvəllər oxşar hadisə tez-tez neytronlarda qeydə alınırdı. Çünki bu cür strukturların əmələ gəlməsinə mane olan “Coulomb” səbəbindən proton halolarının müşahidəsi çətin başa gəlirdi.

“Lanzhou Ring Accelerator”da unikal izoxron kütləvi spektrometriya texnikasından istifadə edərək, komanda bir sıra ekzotik nüvələrin kütlələrini dəqiq ölçə biliblər. Alimlər fosfor-26, 27 və kükürd-27, 28 nüvələrində proton halosunu müşahidə ediblər. Bildirilib ki, arqon-31 nüvəsi kəşf edilən ilk qoşa proton halosu ola bilər.

Təcrübə həm də bu elementlərin fizikasını başa düşməyi əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa və proton radioaktivliyinin həddini (nüvədəki proton və neytronların sayının məhdudlaşdırıcı nisbəti, nüvənin həddindən artıq olması səbəbindən qeyri-sabit olur) aydınlaşdırmağa imkan verir. 

Kəşf atom nüvələrinin quruluşunu və onların xassələrini öyrənmək üçün yeni imkanlar yaradır, həmçinin atom fizikası sahəsində gələcək nəzəri və tədqiqatların istiqamətini müəyyən edir.

Töhfə Səməd

tag: Çin, Elmlər ,Akademiya ,Kütlə, todaypress.az,