Ağrıkəsicilərə alternativ hazırlanır
Maraqlı
11.09.2024 10:48
Alimlər ağrıları azaltmaq üçün ultrasəs şüalanmasına əsaslanan yeni üsul hazırlayıblar.
TodayPress xəbər verir ki, bu barədə “Blood” nəşri məlumat yayıb.
Siçanlar üzərində aparılan elmi təcrübələr göstərib ki, aşağı intensivlikli ultrasəs dalğalarının beyinə təsiri ağrı hisslərini azalda bilər. Bu üsul o qədər effektivdir ki, cərrahi müdaxilə tələb etmir.
Mütəxəssislər yaxın gələcəkdə yeni üsuldan insanlar üzərində də istifadə etməyə başlayacaqlarını bildiriblər.
Təcrübə uğurlu alınarsa, bu üsul ağrıkəsicilərə alternativ ola bilər.
Xatırladaq ki, dünyada 1,5 milyard insan bu və ya digər xroniki ağrılardan əziyyət çəkir və dərmanlar tez-tez xoşagəlməz yan təsirlər yaradır.
Günəş Mərd
tag: Ağrıkəsici, İnsanlar, Mütəxəssislər, Alternativ ,Xroniki, todaypress.az,