Ağıllı saatlar qan təzyiqini ölçə biləcək

Maraqlı

30.11.2024 16:19

“Apple” şirkəti ağıllı saatlarla qan təzyiqinin ölçülməsi üçün yeni texnologiyanı patentləşdirib.

TodayPress xarici mətbuata istinadən xəbər verir ki, bu texnologiya sayəsində gələcəkdə “Apple Watch” modellərində qan təzyiqini ölçmə funksiyası ola bilər.

Cihazda hissə istifadəçinin biləyinə yerləşdirilir və qan axınının yaratdığı vibrasiyaları aşkar edir. Təzyiq sensoru bu vibrasiyaları təhlil edir və qan təzyiqi dəyərini hesablayır. Yeni üsul ənənəvi qan təzyiqi ölçən cihazlardan daha rahatdır.

Qeyd edək ki, “Apple”ın yeni texnologiyanı “Apple Watch”da nə vaxt tətbiq edəcəyi hələ məlum deyil. Ağıllı saatlara qan təzyiqinin ölçülməsi funksiyası əlavə olunarsa, bu, cihazın səhiyyədə istifadəsini daha da genişləndirə bilər. 

Nəzrin Abbas

tag: Təziq,Saat,Apple Watch,Funksiya,todaypress,