Ağciyəri toksinlərdən təmizləyən qidalar

Maraqlı

30.09.2024 11:05

Havanın çirklənməsi, yaxşı qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir. Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, sağlam qidalanmaq və idmanla məşğul olmaq son dərəcə vacibdir.

TodayPress xəbər verir ki, həkimlərin məsləhətinə görə, tərkibində C, E vitamini və beta-karoten olan meyvə və tərəvəzlər istehlak etmək ağciyər sağlamlığına müsbət təsir edir.   Çiyələk, brokoli, portağal, qırmızı bibər və yerkökü bu vitaminlərlə zəngindir.

Damarları genişləndirərək oksigen qəbulunu asanlaşdıran çuğundur da tərkibindəki betalain sayəsində ağciyər funksiyalarını yaxşılaşdırmağa kömək edir.    

Ekspertlərin sözlərinə görə, sarımsaq və soğan ikilisi təbii antibiotikdir. Tərkibində həmçinin iltihab əleyhinə komponentlər də var. Onların müntəzəm istehlak edilməsi tövsiyə olunur.

Omeqa 3 yağ turşuları iltihabı azaldaraq ağciyər sağlamlığını dəstəkləyir. Somon, kətan toxumu və skumbriya bu yağ turşuları ilə zəngindir. Mütəxəssislər həmçinin gündə bir fincan qəhvə içməyi məsləhət görürlər.

Nərmin Tuncay

tag: Ağciyər ,Toksinlər ,Sağlamlıq ,Oksigen ,Omeqa 3,todaypress.az,