Ağ Ev Trampın “Jedi” obrazını paylaşdı
ABŞ prezidenti Donald Trampın süni intellektlə yaradılmış “güclü Jedi” obrazı 4 mayın 4-də Ağ Evin rəsmi “X” və “Instagram” hesablarında paylaşılıb.
TodayPress xəbər verir ki, bu tarix hər il “Ulduz müharibələri” franşizasının qeyri-rəsmi bayramı – “May the 4th” günü kimi qeyd olunur.
Paylaşımda Tramp Amerika bayraqları və iki bəzgəgan (qartal) fonunda, əlində qırmızı işıq qılıncı ilə təsvir edilib.
“Radikal sol çılğınlara da 4 may mübarək olsun! Siz Qiyamçılar deyilsiniz - siz İmperiyasınız. Qoy güc sizinlə olsun!” deyə postun şərh hissəsində yazılıb.
Qiymət Mahir
tag: Tramp,ABŞ,Jedi,Paylaşım,todaypress.az,