ABŞ-də qeyri-adi tibbi hadisə - Asqıran adamın bağırsaqları yerə düşdü
Maraqlı
26.06.2024 20:30
ABŞ-nin Florida ştatında 63 yaşlı kişi şiddətli asqırıb öskürdükdən sonra nazik bağırsağının bir hissəsi düşüb.
TodayPress xəbər verir ki, qeyri-adi tibbi hadisə “American Journal of Medical Case Reports” jurnalında dərc olunub.
Nəşrdə yer alan məqalədə xərçəng xəstəliyindən müalicə olunan xəstənin hadisədən bir qədər əvvəl əməliyyat olunduğu bildirilib.
Yeməkxanada səhər yeməyi yeyən kişi möhkəm asqıran zaman tikişləri partlayıb və o şiddətli ağrı hiss edib. Məqalədə kişinin bağısaqlarının tikiş yerindən çıxdığı qeyd olunub.
Təcili xəstəxanaya çatdırılan xəstə dərhal əməliyyata qaldırılıb. Bağırsaq qırılmadığı üçün lazımi prosedurlar aparıldıqdan sonra yerinə qaytarılıb. Əməliyyatdan sonrakı müşahidəni aparan həkimlərin dediyinə görə, xəstənin səhhəti qənaətbəxşdir.
GÜNEL
tag: ABŞ, Florida şatatı, Asqırmaq, Tibbi hadisə, todaypress.az,