700 min il əvvəl yaşamış “hobbit”in sümükləri tapıldı

Maraqlı

07.08.2024 19:20

İndoneziyanın Flores adasında 700 min il əvvəl yaşamış “hobbit”in sümükləri aşkar edilib.

TodayPress xəbər verir ki, bu barədə “Live Science” məlumat yayıb. 

Elm adamları kiçik boylu olduğuna görə “hobbit” ləqəbli olan “Homo flores”in baldır sümüyünü və dişlərini tədqiq edərək, onların uşağa deyil, böyüklərə aid olduğu qənaətinə gəliblər. Bu növün nümayəndələrinin bir metrdən artıq böyümədiyi aşkar edilib. 

Qeyd edək ki, “Homo flores”in qalıqları ilk dəfə 2003-cü ildə tapılıb. Bəzi elm adamları hesab edirlər ki, “Homo flores"in kiçik boyu onların adadakı həyat tərzinə görə təkamül zamanı formalaşıb. Kiçik ölçüsünün qida çatışmazlığı şəraitində sağ qalmağa kömək etdiyi qeyd olunur. 

Töhfə Səməd

tag: Sümük, Homo Flores, Qalıqlar,Hobbit,İndoneziya, todaypress.az,