56 yaşında ərə gedən keçmiş top-model gözəlliyinin sirrini açıqladı

Maraqlı

05.06.2024 21:47

Məşhur iş qadını, keçmiş top-model və “Real Housewives” realiti-şousunun 56 yaşlı ulduzu Kelli Bensimon bu gözəlliyinin sirrini açıqlayıb.

TodayPress xəbər verir ki, “Daily Mailnəşrinə müsahibə verən Kelli Bensimon məşhur maliyyəçi Skott Litnerlə evlənməyə hazırlaşdığını bildirib. Toya hazırlaşan 56 yaşlı ulduz toyqabağı sağlam həyat tərzi sürməyə çalışdığını qeyd edib.

Gənc və gözəl qalmasının sirrini açıqlayan Kelli sistemli şəkildə vitaminlər qəbul etdiyini, iltihab əleyhinə xüsusiyyətlərə malik olan yaşıl çay və sarıkök içdiyini deyib.

Ulduz eyni zamanda ananası həzmini yaxşılaşdıran və maddələr mübadiləsini sürətləndirən qida rasionunun vacib komponenti adlandırıb.

Bundan əlavə, amerikalı kardio rəqs məşqləri edir və qırışlardan və yaşlılıq ləkələrindən xilas olmaq üçün kosmetoloqa getdiyini  də əlavə edən ulduz: “Mən gəlin kürsüsündə dayanıb  “Aman Allahım! Mən özümü yaxşı hiss etmirəm” deyə düşünmək istəmirəm. Olduqca həyəcanlıyam” deyib.

 

GÜNEL

 

tag: Realiti-şou, Kelli Bensimon, Ulduz,Top-model, todaypress.az,