5 tonluq yeni dinozavr növü kəşf edildi
Maraqlı
22.06.2024 17:03
Yeni kəşf edilən dinozavr növü elm adamlarını təəccübləndirib.
TodayPress xəbər verir ki, bu barədə “PeerJ” elmi jurnalında məqalə yayımlanıb.
“Ceratopsidae” nəslinə aid olan dinozavrın fərqləndirici xüsusiyyəti böyük buynuza sahib olmasıdır. Bu buynuzların dinozavrın cəlbediciliyini artırdığı və partnerlərinin diqqətini çəkmək üçün istifadə etdikləri vurğulanır.
Qeyd edək ki, bu dinozavr növünün uzunluğunun 7 metr, çəkisinin isə 5 ton olduğu güman edilir.
tag: Dinozavr, Ceratopsidae, Elm Adamları,Yeni Növ, todaypress.az,