44 min ildir donan canavar ilk dəfə yarılır - FOTO

Maraqlı

14.07.2024 08:40

Rus alimləri təxminən 44.000 ildir donmuş halda olan canavar üzərində yarılma aparıblar.

TodayPress xəbər verir ki, 2021-ci ildə Yakutiyanın Abiyski rayonunun sakinləri tərəfindən təsadüfən tapılan canavar cəsədi hələ indi alimlər tərəfindən lazımi şəkildə araşdırılır.

Yakutiya Elmlər Akademiyasının mamont faunasının öyrənilməsi şöbəsinin müdiri Albert Protopopov qeyd edib ki, Bu, pleystosen yırtıcısının dünyada ilk kəşfidir.

"Onun yaşı təxminən 44.000 ildir və əvvəllər belə tapıntılar olmayıb" o bildirib.

Şimal Buzlu Okeanı ilə Rusiyanın uzaq şərqində yerləşən Yakutiya bataqlıqlar və meşələrdən ibarət geniş bir bölgədir və bunun təxminən 95 faizi əbədi buzlarla örtülüdür.

Bölgədə qış vaxtı temperaturunun mənfi 64 dərəcəyə qədər aşağı düşdüyü bilinir.

“Adətən bütövlükdə bizə çatanlar ot yeyən heyvanlardır. İlk dəfədir ki, böyük ətyeyən heyvan tapılır. Əsas məqsəd bu canavarın nə ilə qidalandığını, kim olduğunu və Avrasiyanın şimal-şərqində məskunlaşan qədim canavarlarla necə əlaqəsi olduğunu anlamaqdır” deyə Protopopov qeyd edib.

Nəzrin Cavadzadə

tag: todaypress.az, Canavar, Rusiya, Alimlər, Yakutiya,

photo