4000 kilometr uçaraq okeanı keçən kəpənək alimləri heyrətə saldı

Maraqlı

26.06.2024 23:00

Təxminən 4200 kilometr uçaraq Atlantik okeanını keçən kəpənək elm adamlarını heyrətə salıb.

TodayPress xəbər verir ki, alimlər kəpənəklərin 7 min kilometrə qədər uça bildiyini bildiriblər.

Tədqiqatçılar, elmi adı “vanessa cardui” olan tüklü kəpənəyin küləkli hava şəraiti sayəsində 5-8 gün ara vermədən uçma qabiliyyətinə malik olduqlarına diqqət çəkiblər.

Barselona Nəbatat İnstitutundan Gerard Talavera, ümumiyyətlə Cənubi Amerikada rast gəlinməyən bu kəpənək növünün 2013-cü ildə Fransız Qvianasında görüldüyünü açıqlayıb.

Kanadanın Ottava Universitetinin və ABŞ-ın Harvard Universitetinin alimlərinin iştirak etdiyi yeni araşdırmada  bu kəpənəklərin səyahətə böyük ehtimalla Qərbi Afrikada başladığı müəyyən edilib.

İyunun 25-də “Nature” jurnalında dərc edilən araşdırmda  bu kəpənəyin mənşəyinə də aydınlıq gətirilib.

Tədqiqatçılar kəpənəklərin qanadlarında hidrogen və stronsium izotoplarını analiz ediblər. Bu, alimlərə kəpənəklərin doğulduğu bölgələrin virtual “barmaq izini” verib. Araşdırmalar göstərib ki, kəpənəklər çox güman ki, Fransa, İrlandiya, Böyük Britaniya və ya Portuqaliyada meydana çıxıb.

Elm adamları bu ehtimalı nəzərə alaraq, kəpənəklərin Qərbi Avropadan Afrikaya, oradan da Cənubi Amerikaya səyahətlərində əslində 7 min kilometrə qədər yol qət edə biləcəklərinə diqqət çəkiblər.

GÜNEL

tag: "Nature" jurnalı, Kəpənək, Okean, Qərbi Avropa, Tədqiqat, todaypress.az,