40 meymun laboratoriyadan qaçdı

Maraqlı

07.11.2024 18:17

ABŞ-də araşdırma mərkəzindən 40 meymun qaçıb. 

TodayPress xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Eksperimental heyvanlar "Meymun adası" kimi tanınan Cənubi Karolina sahillərindəki Morgan adasında yerləşən "Alpha Genesis" laboratoriyasından qaçıblar. Şirkət 3500 primatdan ibarət koloniyanı idarə etmək üçün lisenziyaya malikdir və beyin xəstəliklərinin müalicəsi də daxil olmaqla klinik sınaqlar keçirmək üçün meymunlarla işləyir.

Heyvanlar qaçdıqdan sonra hadisə yerinə polis gəlib. Tələlər qurulub və polis sərbəst buraxılan primatları tutmaq üçün termal görüntüləmə kameralarından istifadə edib. 

Polisin bəyanatında qaçan primatların cinsinə dair heç bir açıqlama verilməsə də, "Alpha Genesis"in saytında şirkətin makaka və kapuçinlərlə işlədiyi bildirilir. Qaçan meymunların hansı testlərdə iştirak etdiyi və onların nəyəsə yoluxduğu da məlum deyil.

Qeyd edək ki, "Post and Courier" qəzeti, bu ilin mayında və 2016-cı ildə də daxil olmaqla, primatların ərazidən daha əvvəl bir neçə dəfə qaçdığını bildirmişdi.

Töhfə Səməd

tag: Meymun, Laboratoriya, Polis, Cənubi Karolina,todaypress.az,