2025-ci il rəsmən başladı: Təqvimi ilk olaraq hansı ölkə dəyişdi?
Maraqlı
31.12.2024 17:55
Yeni il bayramı Yer kürəsinin ən ucqar guşələrindən birində - Kiribati ştatının bir hissəsi olan Kiritimati adasında başlayır və yaşayış olmayan Beyker və Hauland adalarında başa çatır.
TodayPress-in xəbərinə görə, hər il Kiribati xalqı Yeni ili ilk qeyd edənlərdir.
Maraqlıdır ki, 1994-cü ilə qədər Kiribati belə bir imtiyazla öyünə bilməzdi. Prezidentliyə namizəd Teburoro Tito yeni ili ilk dəfə ölkəsinin qeyd edəcəyinə söz verdikdə hər şey dəyişib. Onun seçilməsindən sonra saat qurşağının dəyişdirilməsi ilə bağlı qərar qəbul edilib.
Kiribatidən sonra bayram dalğası Tonqa, Samoa və Tokelau adalarını bürüyür, daha sonra Yeni Zelandiya, Avstraliya, Yaponiya və Cənubi Koreyaya yayılır.
tag: Yeni il,Bayram,Yer kürəsi,Kiribati ,Beyker ,Hauland ,todaypress.azv,