2024-cü il tarixin ən isti ili oldu
Maraqlı
10.01.2025 13:36
TodayPress xəbər verir ki, bu barədə Avropanın Uzaqdan Zondlama və Xəritəçəkmə Xidməti Kopernik məlumatlarında qeyd olunub.
Bildirilib ki, ən son belə istilər 1850-ci ildə qeydə alınıb.
Qlobal orta temperatur ilk dəfə sənayeyəqədərki səviyyəni 1,5 dərəcə Selsi üstələyib. 2024-cü ildə boreal qış (2023-cü ilin dekabr - 2024-cü ilin fevral), boreal yaz (mart - may) və boreal yay (iyun - avqust) müvafiq mövsümlər üçün rekord isti mövsümlər olub. Orta gündəlik qlobal temperatura görə də yeni rekord qeydə alınıb. Belə ki, iyulun 22-i 17,16 dərəcə Selsi təşkil edib.
Alimlər 2025-ci ilin daha az isti olacağına, lakin yenə də tarixin ən isti üç ili arasında qalacağına inanırlar.
Töhfə Səməd
tag: İsti,İl ,Selsi ,Mövsüm ,todaypress.az,