19-cu əsrə aid artefaktlar tapıldı
Tatarıstanın Buqulma şəhərində aparılan qazıntılar zamanı arxeoloqlar XIX əsrə aid artefaktlar aşkar ediblər.
TodayPress xəbər verir ki, bu barədə "Tatarıstan Respublikası" portalı məlumat yayıb.
Tapıntıların arasında keramika, şüşə butulkalar, farfor və dəmir məmulatları var.
Alimlər hesab edirlər ki, aşkar edilmiş şüşə məmulatları 1878-ci ildən etibarən yaxın ərazidə fəaliyyət göstərən şərab anbarı ilə bağlı ola bilər.
Tədqiqatlar Mədəni İrs Obyektlərinin Mühafizəsi üzrə Respublika Komitəsinin təşəbbüsü ilə həyata keçirilib. Qurumun rəhbəri İvan Quşçin bildirib ki, aşkar edilmiş arxeoloji qalıntılar dövlət mühafizəsinə götürüləcək.
Töhfə Səməd
tag: Tatarıstan,Buqulma ,Arxeoloqlar ,Artefaktlar ,todaypress.az,