150 milyon illik dinozavr hərraca çıxarılır

Maraqlı

12.07.2024 11:58

Fransanın paytaxtı Parisdə 150 milyon il əvvələ aid edilən Apatosaurus dinozavr skeletinin hərraca çıxarılması planlaşdırılır.

TodayPress xəbər verir ki, Parisin cənubundakı Dampier-en-Yvelines qalasında nümayiş olunan 21 metr uzunluğundakı Apatosaurus dinozavr skeletinin noyabrda hərraca çıxarılması planlaşdırılır.

Skeletin ilkin qiyməti isə hələ ki, müəyyən olunmayıb.

tag: Fransa, Paris, Apatosaurus, Dinozavr Skeleti,Paris, todaypress.az,