12 il əvvəl eyni gündə Aktauda başqa bir təyyarə qəzası da olub

Maraqlı

25.12.2024 16:10

Aktau yaxınlığında baş vermiş təyyarə qəzası Qazaxıstanda son 15 ildə sayca dördüncüdür. Onların hamısı dekabr və yanvar aylarında baş verib (biri isə  düz 12 il əvvəl eyni gündə baş verib).

TodayPress xəbər verir ki,  2012-ci il dekabrın 25-də Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinin “An-72” təyyarəsi Çimkənd yaxınlığında qəzaya uğrayıb, göyərtəsində olan 27 nəfərin hamısı həlak olub.

Bir ay sonra, 2013-cü il yanvarın 29-da Kokşetaudan uçan SCAT aviaşirkətinin təyyarəsi Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. 21 nəfər həyatını itirib.

2019-cu il dekabrın 27-də isə Astanaya uçan “Bek Air Fokker 100” təyyarəsi Almatıda qəzaya uğrayıb. Bu qəzada 13 nəfər həlak olub.

tag: Təyyarə, Qəza ,Aktau ,Əvvəl ,todaypress.az,