Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarının maaşı yeni redaksiyada təsdiq edildi

Maliyyə

14.03.2025 10:58

1937

“Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilib.

TodayPress xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Eyni zamanda “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

tag: Xarici Kəşfiyyat Xidməti,Nazirlər Kabineti,Maaş,Qərar,Todaypress.az,