UNEC-də əmək haqları artırıldı
Maliyyə
22.11.2024 08:21
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əmək haqları
artırıldı.
TodayPress
xəbər verir ki, UNEC əməkdaşlarının sosial durumlarının daha da
yaxşılaşdırılması məqsədilə Elmi Şuranın qərarı ilə dekabr ayından universitet
üzrə orta aylıq vəzifə maaşı 14 faiz artırılıb. Artım pedaqoji heyət üzrə 15%, inzibati
və tədris köməkçi heyət üzrə 12 faiz olacaq.
Artımdan
sonra universitet üzrə orta aylıq əmək haqqı 1471 manat, pedaqoji heyət üzrə
1689 manat, inzibati heyət üzrə isə 1265 manat təşkil edəcək
tag: UNEC, Maaş, Manat,Əmək Haqları, todaypress.az,