Türkiyədən meyvə və tərəvəz məhsullarına çəkilən xərc 25 %-dən çox azaldı

Maliyyə

31.03.2025 15:05

2557

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 2,861 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib.

TodayPress Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25,4 % azdır.

Təkcə fevralda isə Türkiyə Azərbaycana 1,584 milyon ABŞ dollarlıq meyvə və tərəvəz məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 29,8 % azdır.

İki ayda Türkiyənin meyvə və tərəvəz məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 12,1 % azalaraq 410 milyon ABŞ dollarına, fevralda isə 14,8 % azalaraq 199 milyon ABŞ dollarına enib.

tag: Azərbaycan,Türkiyə,Meyvə,Tərəvəz,Todaypress.az,