Son 4 ayda ödənişli xidmətlərdən büdcəyə daxilolmalar üzrə proqnoz 26 % az icra edilib

Maliyyə

05.05.2025 13:28

29

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 200,3 milyon manat təşkil edib. 

TodayPress bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, ödənişli xidmətlərdən daxilolmalar proqnozdan 26,4 % az icra edilib. 

Bundan başqa, 4 ay ərzində büdcəyə sair daxilolmalar 182,3 milyon manat olub.

Bu isə proqnozdan 22,4 % çoxdur.

tag: Maliyyə,Büdcə,Artım,Daxilolma,Todaypress.az,