Qiymətli kağızlara investisiyalar 11 %-dən çox azaldı

Maliyyə

14.05.2025 15:25

19

Bu il yanvarın 1-nə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) aktivlərindəki investisiya qiymətli kağızlarının ümumi dəyəri 79,122 milyon manat təşkil edib. 

TodayPress bu barədə Fondun maliyyə hesabatına istinadən xəbər verir. 

Sənədə əsasən, bu, 2024-cü il yanvarın 1-i ilə müqayisədə 11,4 % azdır.  Xatırladaq ki, SİF ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb.

Onun nizamnamə kapitalı 1 milyard 7,307 milyon manatdır.  Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərmana sasən, SİF və İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu yaradılıb.

Dövlət başçısı 23 dekabr 2024-cü il tarixində isə Fondun fəaliyyətinin təmin edilməsi, bununla bağlı bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Fondun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiq edilib.

tag: Qiymətli Kağız,İnvestisiya,Fond,Azalma,Todaypress.az,