Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9 %-dən çox artdı

Maliyyə

12.05.2025 11:51

23

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda vergi daxilolmalarının 4 milyard 948 milyon manatı və yaxud 71,5 %-i qeyri-neft-qaz sektorunun payına düşüb. 

TodayPress bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % çoxdur.  Xatırladaq ki, yanvar-aprel aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 6 milyard 923,5 milyon manat təşkil edib.

Bu, 1 il əvvələ nisbətən 4 % çoxdur. 

Bu il qurum büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir.

Beləliklə, 4 ayda həmin məbləğin 31,9 %-i təmin olunub.

tag: Maliyyə,Qeyri-neft ,Dollar,Sektor,Büdcə,Todaypress.az,