Qeyri neft-qaz sektoru üzrə dövlət büdcəsinə nə qədər vəsait daxil olub?
Dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları 2025-ci ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 50,9 faizini təşkil etməklə 4957,4 milyon manat olub ki, bu da proqnozla müqayisədə 164,6 milyon manat və ya 3,4 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 285,8 milyon manat və ya 6,1 faiz çoxdur.
Bu barədə Malliyyə Nazirliyindən TodayPress-ə məlumat verilib.
Məlumata görə, cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 65,1 faizini və ya 3224,9 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 28,9 faizini və ya 1430,5 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 2,8 faizini və ya 136,7 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 3,0 faizini və ya 154,9 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 10,4 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir.
tag: Qeyri-neft ,Dollar,Sektor,Büdcə,Todaypress.az,