Ötən il cari əməliyyatlar balansının profisiti 4.7 mlrd. dollar təşkil etdi

Maliyyə

12.03.2025 11:10

1332

2024-cü ildə tədiyə balansının cari əməliyyatlar balansının profisiti 4.7 mlrd. ABŞ dolları və ya ÜDM-in 6.3%-ni təşkil edib.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

2025-ci ilin yanvar ayında xarici ticarət balansında 1 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40.5% çoxdur.

Son qiymətləndirmələrə görə 2025-ci ilin yekunu üzrə cari hesab proqnozunda 2024-cü illə və daha öncəki proqnozla müqayisədə yaxşılaşma ehtimalı var.

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir.

tag: Mərkəzi Bank,Profisit,Cari Əməliyyat,Hesab,Proqnoz,Todaypress.az,