Ölkədə aktiv vergi ödəyicilərinin sayı artdı

Maliyyə

11.03.2025 00:00

1719

2025- ci ilin martın 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı 808,4 min təşkil edib. Bu da  cari ilin yanvarın ilə müqayisədə 0,2 % çoxdur

TodayPress bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən  bildirir.

Bu ilin yanvar-fevralında aktiv ƏDV ödəyicilərinin sayı 2,4 % artaraq 54,1 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 1,3 % artaraq 220,2 min olub.

Aynur TAC

tag: İqtisadiyyat, Nazirlik,ƏDV, Azərbaycan, todaypress.az,