Növbəti depozit hərracı keçirildi

Maliyyə

24.04.2025 18:59

9

Aprelin 24-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

TodayPress xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. 

Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500,0 milyon manat həcmində sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7.04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

tag: Maliyyə Nazirliyi,Büdcə,Vəsait,todaypress.az,