Nazirlik: 2026-2029-cu illərdə manatın məzənnəsi sabit qalacaq

Maliyyə

15.04.2025 17:29

11

İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2026-2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.

Bu barədə TodayPress Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2029-cu ildə 123 milyard manata, xərclərinin isə 119,4 milyard manata qədər yüksəlməsi gözlənilir.

tag: Məzənnə,Manat,Azərbaycan,Pul,todaypress.az,