Mobil bankçılıq əməliyyatlarının ümumi məbləği 7 %-dən çox azaldı

Maliyyə

29.04.2025 11:09

15

2025-ci ilin I rübündə Azərbaycanda 13,732 milyard manatlıq mobil bankçılıq əməliyyatları aparılıb. 

TodayPress Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % azdır. 

Bununla belə, son 1 ildə mobil bankçılıq əməliyyatlarının sayı isə 39,5 % artaraq 169 213-ə çatıb. 

Bundan başqa, yanvar-mart aylarında ölkədə internet bançılıq əməliyyatlarının ümumi məbləği 6,8 % artaraq 63,296 milyard manata, sayı isə 28,7 % artaraq 5 978-ə çatıb.

tag: Mobil,Bankçılıq,Azalma,Maliyyə,Todaypress.az,