Maliyyə Nazirliyi ilə Hesablama Palatasının qurumları arasında əməkdaşlıq protokolu imzalandı

Maliyyə

03.04.2025 13:45

2800

Aprelin 3-ündə Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi ilə Hesablama Palatasının Təlim Mərkəzi arasında əməkdaşlıq protokolu imzalanıb.

Bu barədə TodayPress-ə Maliyyə Nazirliyindən məlumat verilib.

Sözügedən protokolun məqsədi Maliyyə Nazirliyi və Hesablama Palatasının əməkdaşlarının bilik və peşə hazırlığı səviyyəsinin artırılması, elmi-nəzəri və praktiki tədqiqatların səmərəliliyinin yüksəldilməsi, qarşılıqlı təlimlərin təşkili və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsidir. 

Eyni zamanda dövlət sektorunda çalışan əməkdaşların maliyyə, mühasibat uçotu və audit sahələrində bilik və bacarıqlarının artırılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

tag: Maliyyə ,Nazirlik,Hesablama,Palatası,Əməkdaşlıq,Protokol,Todaypress.az,